Kataloniyaya verilən vaxt uzadıldı - Cavab gözlənilir

kataloniyaya-verilen-vaxt-uzadildi
Oxunma sayı: 918

İspaniya hökumətinin Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemona müstəqillik təşəbbüsünün izahatına dair verdiyi vaxt bu gün başa çatıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, lakin tələb edilən izahat verilməyib.

Kataloniya rəhbəri rəsmi Madridə məktub göndərərək danışıqlara başlanmasını xahiş edib. Amma bu təklif qəbul edilməyib və verilən vaxt 20 oktyabra qədər uzadılıb.

İspaniya hökuməti tələbin yerinə yetirilməyəcəyi təqdirdə Kataloniyada muxtar idarəçilik üsulunun ləğv ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib. İspaniya Konstitusiya Məhkəməsi isə referendumun nəticəsini etibarsız sayıb.