Kaxa Kaladze seçkilərdə liderlik edir

kaxa-kaladze-seckilerde-liderlik-edir
Oxunma sayı: 2466

Gürcüstanın keçmiş energetika naziri və tanınmış futbolçusu Kaxa Kaladze Tbilisi meri postu uğrunda keçirilən seçkilərdə 54 faizlə liderlik edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rustavi-2” telekanlı “Edison research” kompaniyasının keçirdiyi exit-pollun nəticələrinə əsasən məlumat yayıb.

“Gürcü arzusu” partiyasının namizədi Kaxa Kaladze exit-pollun nəticələrinə əsasən seçicilərin 54% səsini alıb, “Vahid milli hərəkat”ın namizədi Udumaşvili isə 15% səs toplayıb”,-deyə məlumatda bildirilir.

Tbilisi meri postu uğrunda 13 namizəd mübarizə aparıb.

Qeyd edək ki, şənbə günü Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.