Tamaşaçıların maraqla gözlədiyi "Kaybedenler Kulübu Yolda" filminin tizeri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, yeni filmdə də Nejat İşler və Yiğit Özşener baş rolları canlandıracaqlar.
Ssenariyə əsasən Kaan və Mete tətildən İstanbula qayıdırlar. İstanbula qayıdan zaman həyat onlara və bizlərə səyahətlərin, münasibətlərin heç zaman planlaşdırıldığı kimi getmədiyini daha dəqiq şəkildə göstərəcək.
“Kaybedenler Kulübü Yolda” filminin premyerası 2018-ci ilin martına planlaşdırılıb.