“Kaybolan yıllar”ın Əsməri Bakıda - - Fotolar

kaybolan-yillarin-esmeri-bakida-
Oxunma sayı: 8280


"Xəyal Production"ın təşkilatçılığı ilə keçirilən V “The First 2013” mükafatlandırma mərasimində əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıqov, bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı türkiyəli aktyor Saruhan Hünel, müğənni Aslı Hünel il ərzində qazandığı müvəffəqiyyətlərə görə mükafatlandırılıb.

 Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran türkiyəli aktyor Bakıya gəlişindən məmnun olduğunu bildirib:

“Azərbaycanı çox sevirəm, qardaş ölkədir. Bilirəm ki, burada da məni çox sevirlər.  Təyyarədən düşən kimi təqdimata gəldim, gəzmək imkanım olmadı. Burada olmaqdan qürur duyuram. Məni bu mükafata layiq gördüyünüz üçün çox təşəkkür edirəm”.  

Hünel daha sonra 2013-ci ili uğurla başa vurduğunu qeyd edib: 

“Bu il Türkiyədə bir çox dəyərli sənətçilər vəfat etdi, bu bizi kədərləndirdi. Lakin bu il mənə düşərli oldu. Bir çox film və layihələrdə iştirak etdim. Sənət həyatım hər şey yolundadır. Film, serial təklifləri alıram. Ürəyimcə ssenari olsa, yenidən  kamera qarşısına keçəcəm”.

Aktyor  şəxsi həyatından söhbət açıb: 

“Bilirəm tamaşaçılara mənim şəxsi həyatım maraqlıdır. Özəl həyatımda hər şey yaxşıdır. Çox gözəl sevgi münasibətim var. Sevdiyim xanımla birlikdəyəm, hələ evlənməyi düşünmürük. İnşallah qismət olsa, gələcək illərdə ailə həyatı quracağıq”.  

Sadə və səmimiliyi ilə diqqət çəkən aktyor pərəstişkarları ilə çoxlu şəkil çəkdirib.