Kazana və Ufaya hava yollarımız açıldı

kazana-ve-ufaya-hava-yollarimiz-acildi
Oxunma sayı: 646

Şirkətin Bakı nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, artıq flydubai Fars körfəzinin, Yaxın Şərqin, Afrika, Asiya və Avropanın 43 istiqamətinə uçuşlar həyata keçirir.

Aviaşirkətin Baş meneceri Qeyt Əl Qeyt deyib ki, Kazana və Ufaya təşkil olunan uçuşlar Dubayı Rusiyanın iri iqtisadi və sənaye mərkəzləri ilə birləşdirəcək.
Yeni istiqamətlərin istifadəyə verilməsi nəticəsində flydubai MDB məkanında uçuş şəbəkəsini ona çatdırmış oldu. Dubay Beynəlxalq Hava limanının 2-cı Terminalından Kazana sentyabrın 14-dən, Ufa-ya isə - sentyabrın 17-dən səyahət etmək mümkün olacaq.
Dubaydan Kazana və Ufa-ya biletləri flydubay-ın Bakı şəhərində fəaliyyət göstərən ofisindən, turizm şirkətlərindən və www.flydubai.com saytı vasitəsi ilə əldə etmək olar.

Nigar Məmmədli