Kəbirə Məmmədovanın bacısının evi yandı - Mühafizəçi öldü

kebire-memmedovanin-bacisinin-evi-yandi
Oxunma sayı: 1339

Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Polisdən həmçinin bildirilib ki, S. Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.

Xatırladaq ki, bir müddət öncə K. Məmmədova Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəza ilə gündəmə gəlmişi. Həmin qəza zamanı yanan maşın K. Məmmədovanın adını daşıyan “Kəbirə Məmmədova Klinikası”na məxsus idi.