“Keçəl olandan sonra məni baş rola çəkmirlər”

kecel-olandan-sonra-meni-bas-rola-cekmirler
Oxunma sayı: 1616


- Bakı haqqında təəssüratlarınız necə oldu?

- Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. İlk dəfədir Bakıya gəlirəm. Çox gözəl şəhəriniz var, insanlarınız çox zərifdir. Burada sizləri xoşbəxt görmək məni də xoşbəxt etdi. Gözəl qarşılandım.

- “Olur olur” necə bir filmdir?

- Film Nizami kinoteatrında nümayiş olunmağa başladı, tamaşaçılarla birlikdə filmi izləyib onların təssüratlarını izləmək xoşdur. Türkiyədə “Güldür güldür”ün çəkilişləri davam edir.  Filmdə rol alan digər oyuncuların çəkilişləri olduğu üçün gələ bilmədilər. 4-5 gün qalıb, Naxçıvanı, Azərbaycanın digər bölgələrini gəzmək istəyirəm. İnşallah, yayda yenə gələcəm. 

- Rolunuz haqqında nə deyə bilərsiniz?

- Rolum 30 yaşlı, ağlı işləməyən, ibtidai sinifdə vurulduğu qızın arxasınca gedən bir oğlandır. Filmin mənası “Özünü itirmə”dir, özünü itirsən, biabır olarsan. Film xoşbəxtliklə bitir. 

- Həyat yoldaşınız Aylin Kontente aktrisadır. O niyə gəlməyib?

- Aylin evdə uşağa baxır. Bir nəfər uşağa baxmalıdır, mən qaçıb gəldim. Aylinin fan səhifəsini də idarə edən azərbaycanlı qızdır. Onunla tanış olmaq üçün gəlməli idi, lakin gələ bilmədi. 

- Həyat yoldaşınıza hər hansı bir qadağa qoymusunuzmu?

- Həyat yoldaşıma qadağa qoymamışam. Özünün teatrda tamaşası var, məşğuldur. Filmlərlə başqa şəhərlərə gedir. Bakını eşidən kimi  dedim ki, mən gedəcəm. 

- Azərbaycanda sizi “Aşka sürgün” serialı ilə tanıyıblar. Yenidən serialda rol alacaqsınız?

- Orada saçlarım var idi, onu soruşursuz? “Kınalı kar”, “Aşka sürgün”də saçlarım var idi, seyrək idi, hiylələrlə başıma tük yağışdırırdım. Keçəl olduqdan sonra komediya filmlərində rol alıram. Keçəl olandan sonra məni baş rola çəkmirlər”

Könül