Keçən il 11 min ev tikilib

kecen-il-11-min-ev-tikilib
Oxunma sayı: 1065

2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil edir.

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.