Keçmiş arvadı özünü öldürmək istədi

Keçmiş arvadı özünü öldürmək istədi
Oxunma sayı: 1553

Bakıda 31 yaşlı qadın özünü öldürmək istəyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 20-ci sahədə yaşayan 1985-ci il təvəllüdlü Q.Məmmədov boşandığı keçmiş arvadı, 1987-cu il təvəllüdlü K.Davudova ilə bir evdə qalıb. Eyni zamanda, Q.Məmmədovun ikinci və indiki arvadı 1989-cu il təvəllüdlü V.Məmmədova da onlarla birgə yaşayıb.

Bir evdə yaşayan üçlünün bir neçə gün öncə gecə saat 00:10 radələrində evdə münaqişələri düşüb. Q.Məmmədov keçmiş arvadı K.Davudova ilə mübahisə edərkən indiki arvadı V.Məmmədova bunu mobil telefonla videoya çəkib. K.Davudova da belə təhqir olunmasına etiraz olaraq özünü öldürmək məqsədilə yüksək dozada dərman qəbul edib.

Keçmiş əri Q.Məmmədov onu Toksikologiya Mərkəzinə aparıb və qadının mədəsi yuyulub. Beləliklə, onun həyatını xilas etmək mümkün olub.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi