Keçmiş arvadına görə məşhur müğənnini döydü

kecmis-arvadina-gore-meshur-mugennini-doydu-
Oxunma sayı: 2568


“Qafqazinfo” xarici  mətbuata istinadən xəbər verir ki, davaya səbəb Bieberın iki il əvvəl bir dəfilədə tanış olduğu məşhur model Miranda Kerrin "Onu gerçək bir kişi edəcəyi haqda söz verdiyini” söyləyərək fəxr etməsi olub. Keçmiş həyat yoldaşı və uşağının anası haqqında deyilən bu sözləri eşidən 37 yaşlı Bloomun əsəbləşərək ifaçıya hücum etdiyi bildirilir.

 2012-ci ildə “Victorias Secret” dəfiləsindən sonra Justin Bieber və Miranda Kerr səmimi görüntülər nümayiş etdirmiş, Kerr ilə Bloomun evliliyinin sona çatmasında bu hadisənin da təsir göstərdiyi iddia edilmişdi.