Keçmiş arvadından şiddət görən aktyor 50 milyon istəyir

kecmis-arvadindan-siddet-goren-aktyor-50-milyon-isteyir
Oxunma sayı: 1763

Aktyor Conni Depp keçmiş həyat yoldaşı Ember Herdi məhkəməyə verib.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, Hollivud ulduzu Emberin ona içki şüşəsi atdığını və əlini yaraladığını bildirib. O həmin şüşənin hətta barmağının birini ağır kəsdiyindən cərahiyyə əməliyyatı keçirməli olduğunu deyib. Hadisə cütlüyün toyundan bir ay sonra 2015-ci ilin martında yaşanıb. Conni keçmiş arvadı tərəfindən dəfələrlə şiddətə məruz qaldığını deyib.

Aktyor hazırda məişət zorakılığı və barmağının uc hissəsinin qopması iddiası ilə Herddən 50 milyon dollar təzminat tələb edir.