Keçmiş arvadını 19 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

kecmis-arvadini-19-bicaq-zerbesi-ile-oldurene-hokm-oxundu
Oxunma sayı: 897

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını 19 bıçaq zərbəsi vuraraq öldürən 1982-ci il təvəllüdlü Ramin Şükürova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə R. Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Sumqayıtda Corat qəsəbəsində yaşayan  4 uşaq anası Xəyalə Həsənova  keçmiş əri 35 yaşlı Ramil Şükürov tərəfindən 19 bıçaq zərbəsi vurulmaqla öldürülüb. R.Şükürov boşandığı arvadı X.Həsənovanın uşaqlarına görə aliment tələb etdiyi üçün icraçıların tez-tez onu axtarmasından əsəbləşərək onların evinə hücum edib və qətli törədib.

Murad Əhməd