Keçmiş arvadını öldürdü, polis yaxaladı

kecmis-arvadini-oldurdu-polis-yaxaladi
Oxunma sayı: 1343

Keçmiş arvadını qətlə yetirən şəxs tutulub.

“Qafqazinfo”nun DİN-nin  saytına istinadə verdiyi xəbərə görə, hadisə oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində baş verib. Kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Nəticədə M.Muxtarova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən F.Muxtarovun Şəmkir rayonu ərazisində gizləndiyi müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan yayınan şəxs Şəmkir rayonu ərazisində qaldığı evdə tutularaq şübhəli şəxs qismində  istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.