Keçmiş arvadını öldürən ər məhkəmə qarşısında

kecmis-arvadini-olduren-er-mehkeme-qarsisinda
Oxunma sayı: 890

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını 17 bıçaq zərbəsi vuraraq öldürən 1982-ci il təvəllüdlü Ramin Şükürovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 28-də davam etdiriləcək.

İttihama görə, Sumqayıt şəhər, Corat qəsəbəsində yaşayan 4 uşaq anası Xəyalə Həsənova bir müddət öncə boşandığı əri tərəfindən bıçaqlanaraq öldürülüb.

Murad Əhməd