Keçmiş arvadını öldürən hakim qarşısında

kecmis-arvadini-olduren-hakim-qarsisinda
Oxunma sayı: 1250

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses avqustun 20-də davam etdiriləcək. 

İttihama görə, hadisə 2018-ci il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib. 

Gəncə şəhər sakini R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Murad Əhməd