Keçmiş Baş nazir vəfat etdi - 7 günlük matəm elan olundu

kecmis-bas-nazir-vefat-etdi
Oxunma sayı: 6091

Hindistanın sabiq Baş naziri Atal Bixari Vadjpai 93 yaşında vəfat edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, vəfatla əlaqədar olaraq 22 avqusta qədər 1 həftəlik matəm elan edilib.

Məlumat üçün bildirək ki, Vadypai 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.

O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.