Keçmiş baş nazirə rəsmi ittiham təqdim olundu

kecmis-bas-nazire-resmi-ittiham-teqdim-olundu
Oxunma sayı: 641

“Qafqazinfo” bildirir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Merabişvili və Çiaberaşvili korrupsiya fəaliyyətində (Gürcüstan Cinayət Məcəlləsinin 164-1-ci maddəsi), xidməti səlahiyyətləri aşma (332-ci maddə) və dövlət vəsaitlərinin israfında ittiham olunur (182-ci maddə).

Qeyd edək ki, Vano Merabişvilinin evinə keçirilmiş baxış zamanı böyük məbləğdə pul müsadirə edilib. Bu məlumatı Merabişvilinin vəkili Qoqita Qabaidze təsdiqləyib. Onun sözlərinə görə, müsadirə edilmiş pullar müxtəlif valyutada olub.

Yaxın 48 saat ərzində məhkəmə müttəhimlərə dair qətimkan tədbiri müəyyən edəcək.

Xatırladaq ki, V. Merabişvili ötən gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Vano Merabişvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.