Keçmiş baş nazirin qardaşı həbs olundu

kecmis-bas-nazirin-qardasi-hebs-olundu
Oxunma sayı: 4892

Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan haqda həbs qərarı çıxarılıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, H.Abramyan 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, baş nazirin qardaşı qanunsuz silah saxlamaqda ittiham edilir. O, 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində də günahlandırılır.