Keçmiş birinci ledi kasıb həyatından şikayətlənib

kecmis-birinci-ledi-kasib-heyatindan-sikayetlenib
Oxunma sayı: 1989

Latviyanın keçmiş birinci ledisi, həkim-endokrinoloq Daçe Seysuma kasıblıqdan gileylənib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Seysuma eks-prezident Andris Berzinşlə boşandıqdan sonra yaşadığı kasıb həyatından danışıb. 

Qadının sözlərinə görə, bir vaxtlar bir geyim üçün xərclədiyi pulu indi bir neçə aya qazanır: “Boşandıqdan sonra özüm-özümü həkim maaşına saxlayıram. Xəstəxanada dörd saat olmalıyam, reallıqda isə bu, həftədə cəmi bir gün mümkün olur. Qalan günləri isə iş saatından artıq çalışıram, lakin buna görə maaş ödənilmir”.

Birinci ledi etiraf edib ki, hələ ki, başqa çıxış yolu yoxdur: “Xəstəxanadan çıxdıqdan sonra özümü mənəvi, fiziki cəhətdən bərbad hiss edirəm”. 

Qeyd edək ki, iş adamı, milyoner Andris Berzinş 2011-2015-ci illərdə prezident postunu tutub.