Keçmiş DTK sədri prezident oldu

kecmis-dtk-sedri-prezident-oldu
Oxunma sayı: 692

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Tibilov seçicilərin 54,12%-nin səsni toplayıb. Qeyd edək ki, bu da 15 786 seçici səsi deməkdir.

MSK-nın verdyi məlumata görə, Tibilovun əleyhinə 0,96 % səs verib. Seçkilərdə 71,26% seçici iştirak edib.

Seçkilərin rəsmi nəticələri 5 gün ərzində elan olunacaq. Tibilovun andiçmə mərasimi aprelin 19-u, yaxid 20-də keçirilə bilər.

Qeyd edək ki,Cənubi Osetiya Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgədir. 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua tərəfindən müstəqil dövlət kimi tanınıb. 2009-cu il 10 sentyabr tarixindən Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir.