Keçmiş əri 27 yaşlı qadını küçədə döydü - Bakıda

kecmis-eri-27-yasli-qadini-kucede-doydu
Oxunma sayı: 3303

Bakıda 27 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, polisə müraciət edən 1990-cı il təvəllüdlü Xəlilova Mina Novruz qızı bildirib ki, gecə saat 02 radələrində Bünyad Sərdarov küçəsi 12-nin qarşısında keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ağasəlim Xəlilov tərəfindən xuliqanlıq zəminində döyülüb.
 
A.Xəlilov saxlanılaraq polis bölməsinə aparılıb. O, izahatı alınaraq buraxılıb.