Keçmiş erməni nazir həbs edildi

kecmis-ermeni-nazir-hebs-edildi
Oxunma sayı: 1429

Yerevan məhkəməsi keçmiş Maliyyə naziri Qagik Xaçatryanı həbs edib.

“Qafqazinfo”nun “RİA Novosti”yə isitnadən məlumatına görə, bu barədə eks-nazirin vəkili Yerem Sarkisyan bildirib. Xaçatryan iri miqdarda vəsaitin mənimsənilməsində ititham olunub.

Qeyd edək ki, Xaçatryan avqustun 27-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və külli miqdarda vəsaiti şəxsi hesabına keçirməkdə günahlandırılıb.