Keçmiş futbolçu haqqında həbs qərarı çıxarıldı

kecmis-futbolcu-haqqinda-hebs-qerari-cixarildi
Oxunma sayı: 1040

Yaxın keçmişin məşhur futbolçusu Cey Cey Okoça gəlir vergisini ödəmədiyi və 2 ildir məhkəmə proseslərinə qatılmadığı üçün haqqında həbs qərarı çıxarılıb.

“Qafqazinfo” “Sporx”a istinadən xəbər verir ki, Ali Məhkəmənin baş hakimi Adedayo Akintoye 45 yaşlı sabiq futbolçuya 15 aprel 2019-cu ilə qədər vaxt verib.

Okoça bu müddət ərzində məhkəməyə gəlməzsə, haqqında daha sərt qərar çıxarıla bilər.

Qeyd edək ki, nigeriyalı veteran futbolçu “Fənərbağça”da ulduzlaşdıqdan sonra 1998-ci ildə rekord məbləğ hesab edilən 14 milyon avro qarşılığında PSJ-yə keçmişdi. O, daha sonra “Bolton” və “Hall Siti” kimi komandalarda da çıxış edib.