Keçmiş futbolçu Türkiyə gözəli ilə evləndi - Fotolar

kecmis-futbolcu-turkiye-gozeli-ile-evlendi
Oxunma sayı: 5503

Türkiyə millisinin keçmiş üzvü Nihat Kahveçi model Fulya Sevərlə ailə qurub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, sabiq futbolçu 6 aydır birlikdə olduğu sevgilisi ilə Romada evlənib.

Mərasimdə cütlüyün ailə üzvləri ilə yaxın dostları iştirak ediblər.

Qeyd edık ki, F.Sevər 2010-cu ildə Türkiyə gözəli seçilib. Modelliklə məşğul olan Fulya müxtəlif kanallarda idman proqramlarının da aparıcısı olub.