Keçmiş futbolçu ürəktutmadan öldü

kecmis-futbolcu-urektutmadan-oldu
Oxunma sayı: 2460

“Qana” yığmasının keçmiş hücumçusu Cunior Aqoqo ürəktutmadan dünyasını dəyişib.

“Qafqazinfo” “The Sun”a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu London şəhərində vəfat edib.

Peşəkar karyerası ərzində Aqoqo “Bristol Rovers”, “Nottinqem Forest”, “Limassol” və s. klubların tərkibində oynayıb. Oyunçu karyerasına 2012-ci ildə son qoyub.

“Qana” yığmasının tərkibində keçirdiyi 27 matç ərzində Aqoqo 12 qol vurub.