Keçmiş icra başçısının ailəsində faciə - Oğlu və qardaşı eyni gündə öldü

kecmis-icra-bascisinin-ailesinde-facie
Oxunma sayı: 13066

Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Rzayevin oğlu  və qardaşı bir gündə dünyasın dəyişib.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, Y. Rzayevin oğlu 45 yaşlı Hünər Rzayev üç gün əvvəl gecə saatlarında dünyasın dəyişib.

Hadisədən səhər saatlarında xəbərdar olan Y. Rzayevin qardaşı 69 yaşlı Namiq Rzayev də ürəktutmadan vəfat edib.  

Qeyd edək ki, Yaşar Rzayev 2000-2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı  olub. 

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, H. Rzayev uzun müddət Vergilər Nazirliyində işləyib, keçən il isə işdən çıxarılıb.