Keçmiş işçisi mağazanı soydu

Keçmiş işçisi mağazanı soydu
Oxunma sayı: 385

Noyabrın 20-də Astara rayonunun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri tədbirlərlə oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb.

Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olduğunu bildirən bu şəxs oradan pul və siqaret oğurladığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi