Keçmiş kralla rus modelin oğlu doğuldu

kecmis-kralla-rus-modelin-oglu-doguldu
Oxunma sayı: 2331

Malayziyanın keçmiş kralı Məhəmməd V Farisin həyat yoldaşı, rusiyalı model Oksana Voevodina ilk uşağını dünyaya gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı modelin oğlu dünyaya gəlib. Körpə Almaniyanın ən yaxşı klinikalarından birində doğulub. Uşağa Tenqu İsmayıl Leon Petra Bin Tenqu Məhəmməd V Faris Petra adını qoyublar.  

Qeyd edək ki, Məhəmmədlə Oksana boşanma ərəfəsindədir. Oksananın hamilə olması bu ilin yanvarında bilinib.