Keçmiş məhkum həmyerlisini bıçaqladı

kecmis-mehkum-hemyerlisini-bicaqladi
Oxunma sayı: 1181

Bakıda keçmiş məhkum münaqişə zəminində həmyerlisini öldürüb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 16-da Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Qəhrəmanov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Orucəli Xanzadəni bıçaqla qətlə yetirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanov saxlanılıb.

Murad Əhməd