Keçmiş məhkum onu qarnından bıçaqladı

Keçmiş məhkum onu qarnından bıçaqladı
Oxunma sayı: 540

Şirvan şəhər sakini bıçaqlanıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 1976-cı il təvəllüdlü Dadaşov Elmar Əlövsət qarın nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan şəxs Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda əməliyyat olunur. Onun çoxlu qan itirdiyi bildirilir.
 
E.Dadaşovun əvvəllər məhkum həyatı yaşamış Elmar Babək oğlu adlı şəxs tərəfindən bıçaqlandığı ehtimal edilir. Hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.
 
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən istintaq əməliyyatı həyata keçirilir, araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi