Keçmiş məhkum yenidən tutuldu

kecmis-mehkum-yeniden-tutuldu
Oxunma sayı: 2136

Soyğunçuluqda şübhəli bilinən Ələt qəsəbə sakini Əvəz Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əvəz Abbasov isti izlərlə yaxalanıb.

Belə ki, iyunun 8-də Ələt qəsəbəsi ərazisində qəsəbə sakini olan bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Əvəz Abbasov saxlanılıb.