Keçmiş məhkumdan 4 kq narkotik götürülüb

kecmis-mehkumdan-4-kq-narkotik-goturulub
Oxunma sayı: 1255

Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu Novxanı qəsəbəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.

İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdə satış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İ.Aslanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.