Keçmiş məhkumdan heroin götürüldü - 5-ci dəfə saxlanıldı

kecmis-mehkumdan-heroin-goturuldu
Oxunma sayı: 944

Bakıda şübhəli şəxsin üzərindən narkotik vasitə aşkar olunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonunda baş verib.

1973-cü il təvəllüdlü Əflatun Salmanov saxlanılıb və üzərinə baxış keçirilən zaman ondan 0,234 qram heroin aşkar edilərək götürülüb.

Ə.Salmanov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, oğurluq, qanunsuz silah daşıma, narkotik vasitələrin dövriyyəsi və Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmamaqda ittiham olunub və təqsirli bilinərək cəzalandırılıb.

Beşinci dəfə məhkum olunan Salmanov sonuncu dəfə silaha görə saxlanılıb.