Keçmiş məhkumdan külli miqdarda narkotik tapıldı

Keçmiş məhkumdan külli miqdarda narkotik tapıldı
Oxunma sayı: 637

Sumqayıtda keçmiş məhkumdan 7 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb. 

Onun üzərində axtarış keçirilən zaman 2 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi