Keçmiş məhkumlar narkotik üstündə tutuldular

kecmis-mehkumlar-narkotik-ustunde-tutuldular
Oxunma sayı: 951

Bakıda və Sumqayıtda 3 nəfər keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çəkisi 1 kiloqram 102 qrama yaxın heroin götürülüb.

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.