Keçmiş məmuru arvadı və qızının öldürdüyü məlum oldu

kecmis-memuru-arvadi-ve-qizinin-oldurduyu-melum-oldu-
Oxunma sayı: 7267


“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə zamanı Babək prospekti ev 17-də 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi  məlum olub. X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də  sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.