Keçmiş nazir müavinini bıçaqladılar

kecmis-nazir-muavinini-bicaqladilar
Oxunma sayı: 3403

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, insident Tsknetidə restoranların birində törədilib. Mixanaşvili ilə birlikdə daha 2 nəfər bıçaqlanıb. Hər 3 şəxsi keçmiş məhkum yaralayıb. Mixanaşvili hazırda xəstəxanadadır. Baş vermiş faktla bağlı “qəsdən sağlamlığa ziyan vurma” maddəsi üzrə cinayət işi açılıb.

Cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.