Keçmiş polis həyat yoldaşını öldürdü

kecmis-polis-heyat-yoldasini-oldurdu
Oxunma sayı: 676

Rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 19-u saat 22:30 radələrində 44 yaşlı Aygül Əsədova bıçaq xəsarəti ilə H.Ələsgərov küçəsindən 1 saylı Şəhər Xəstəxanasına gətirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qətli törətməkdə şübhəli bilinən 42 yaşlı Şahin Əliyev Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Qətldə şübhəli bilinən keçmiş polis əməkdaşı Ş.Əliyev mərhum qadınla qeyri-rəsmi nikahda olub. Onlar arasındakı münaqişəyə ötən gün Qulu Quluyev küçəsi 128 saylı binanın qarşısında son qoyulub. Ş. Əliyev həyat yoldaşına blıçaqla bir zərbə vurub, sonra isə onu xəstəxanaya çatdırıb. Lakin xəsarət ağır olduğundan A.Əsədovanı həyatda saxlamaq mümkün olmayıb.

Mərhum A.Əsədova Bakıdakı zoomağazalardan birində heyvanlara nəzarət edirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.