Keçmiş polisin məhkəməsi başa çatdı

kecmis-polisin-mehkemesi-basa-catdi
Oxunma sayı: 1968

Baş Prokurorluğun keçmiş polis Fəqan Nəsibovun barəsindəki hökmdən verdiyi apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Nəsibov Bənəqdi Rayon Polis İdarəsində kapitan rütbəsində çalışıb. Həmin vəzifədən çıxdıqdan sonra hüquqşünas işləyib. Elə bu dönəmdə nümayədəlik etdiyi şəxslərə dələduzluq yolu ilə pul “atıb”. 

Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açıldığı üçün 2014-cü ildə “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. İntiharın qarşısı alındıqdan sonra o həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Nəsibova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 
Dövlət ittamçısı hökmdən protest verib və cəzanın ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə protest hərəkətsiz saxlanılıb və iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Murad Əhməd