Keçmiş prezident həbs oluna bilər

kecmis-prezident-hebs-oluna-biler
Oxunma sayı: 659

Pakistan Ali Məhkəməsinin yaydığı məlumata görə, eks-prezident Pakistana qayıdacağı təqdirdə, ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı istintaq işi çərçivəsində həbs olunacaq.

Pərviz Müşərrəf 2007-ci ildə Bənazi Bhuttonun öldürülməsi ilə əlaqəli olmaqda şübhəli bilinir. Müşərrəfə yaxın mənbələr isə onun bu ayın sonlarında Pakistana qayıdaraq, 2010-cu ildə yaratdığı "Bütün Pakistan İslam Birliyi Partiyası"nın başına keçəcəyini bildirib.

Xatırladaq ki, 1999-cı ildə ordu komandanı olarkən, hərbi çevrilişlə dövlət in başına keçən Pərviz Müşərrəf 2008-ci ildə istefa vermək məcburiyyətində qalmış və İngiltərədə məskunlaşmışdı.

anspress