Keçmiş prezident toxunulmazlıq hüququ qazandı

kecmis-prezident-toxunulmazliq-huququ-qazandi
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “əl-Cəzirə” telekanalı yayıb.

Toxunulmazlıq hüquq Salehin ölkəyə başçılıq etdiyi dövrdə işləmiş bütün hökumət üzvlərinə də şamil edilib.

Qeyd edək ki, qanun layihəsi ölkə parlamentində təsdiq edilməlidir. Bu prosedurun formal xarakter daşıdığı xəbər verilir. Saleh hakimiyyətdən ayrılmağına baxmayaraq, hələ də fəxri prezident olaraq qalır. O, hakimiyyətin təhvil veriləcəyi 21 fevraladək sənədləri imzalaya bilər.

Toxunulmazlıq hüququnun əvəzində 2011-ci ilin noyabrında imzalanmış razılaşmaya uyğun olaraq Saleh hakimiyyəti müvəqqəti hökumətə təhvil verilmişdi.

Əli Abdullah Saleh 33 il Yəmən prezidenti olub. Ötən il Yəməndə başlanan etiraz aksiyalarının nəticəsində istefaya getməyə məcbur edilib.