Keçmiş prezidentə 5 milyon dollar mükafat

kecmis-prezidente-5-milyon-dollar-mukafat
Oxunma sayı: 1681

Liberiyanın keçmiş prezidenti Ellen Cohnson Sörlif 5 milyon dollar mükafatla  təltif olunub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, prezidentliyi uğurlu fəaliyyətlərinə görə Məhəmməd İbrahim Vəqfi tərəfindən mükafatlandırılıb.

Sörlif 2006-cı ildə prezident seçildikdə ölkə vətəndaş müharibəsinin fəsadlarını aradan qaldırmağa çalışırdı. Sörlif isə həmin tarixdən etibarən 10 il davam edən prezident vəzifəsi dövründə ölkədə demokratiyanın formalaşmasına və ölkənin yenidən bərpasına töhfə verən nəhəng addımlar atmışdı.

Qeyd edək ki, Sudan əsilli ingilis iş adamı Məhəmməd İbrahim adına vəqf, Afrikada  yüksək vəzifələrdə olmuş və uğurlu işlər icra etmiş dövlət adamlarını mükafatlandırır. 2007-ci ildə yaradılan vəqf son 6 ildə layiq namizəd olmadığını irəli sürərək heç kəsə mükafat verməmişdi.