Keçmiş prezidentin nəvəsi intihar etdi

kecmis-prezidentin-nevesi-intihar-etdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Can Denktaş atası Raif Denktaşın məzarı üstündə intihar etmək istərkən, ətrafdakılar polisə məlumat verib.

“Yakın Doğu Universiteti Xəstəxanasına” aparılan nəvə Denktaşı xilas etmək mümkün olmayıb. Həkimlər 6 saat davam edən əməliyyatın yaxşı keçdiyini desələr də, Can Denktaşın vəziyyətinin ağır olduğunu bildirmişdilər. Can Denktaş üçün 10 əsgər qan verib.

Xəstəxanadan Türkiyə saatı ilə gecə 01:20-də nəvə Denktaşın vəfat etdiyi xəbəri yayılıb. Onun maddi vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, 37 yaşlı Can KKTC lideri Rauf Denktaşın 1985-ci ildə avtomobil qəzasında həyatını itirən oğlu Raif Denktaşın övladıdır.