Keçmiş sevgilisi ilə görüntüləndi - Aləm qarışdı

kecmis-sevgilisi-ile-goruntulendi
Oxunma sayı: 3096

Rusiyanın məşhur aparıcı-müğənnisi Olqa Buzova keçmiş sevgilisi ilə barışıb. “Qafqazinfo” xəbər verir ki, TNT kanalında “Buzovaya ərə gəl” proqramı ilə özünə həyat yoldaşı axtaran Olqa Timofey Mayorovla münasibətini bərpa edib. Onlar İtaliyaya istirahətə gedən zaman hava limanında kameralara tuş gəliblər. 

32 yaşlı sənətçinin iştirakçıların biriylə yox, Timofeylə görüntülənməsi hamını təəccübləndirib. 

Bununla da, proqramda yaşananların reallığı hər kəsdə şübhə yaradıb.  Çünki Olqa proqramda bir neçə bəy namizədini bəyənir və formata uyğun olaraq ər axtarmağa davam edir.  

Bu mözvu ötən gündən etibarən sosial şəbəkələrdə gündəmi zəbt edib.  Hər iki tərəf məsələ ilə bağlı açıqlama verməyib. 

Qeyd edək ki, Olqa ilə Timofey 2009-ci ildə sevgili olub və bir müddət sonra ayrılıblar.