Keçmiş sevgilisindən danışıb cəsarətli pozlar verdi - Fotolar

kecmis-sevgilisinden-danisib-cesaretli-pozlar-verdi
Oxunma sayı: 4643

Dünya şöhrətli rusiyalı supermodel İrina Şeyk “Harper's Bazaar” jurnalının yeni buraxılışı üçün kamera qarşısına keçib.

“Qafqazinfo”nun məlumatına görə, dərgi üçün cəsarətli pozlar verən 33 yaşlı tanınmış şəxsi həyatı ilə bağlı bəzi etiraflar edib. O, fanatlarını daha çox maraqlandıran suallara cavab verib.

44 yaşlı akyor sevgilisi Bredli Kuperlə münasibətlərinə son qoyan İrina Şeyk bildirib ki, onlar dostcasına ayrılıb və indi qızlarını necə düzgün tərbiyələndirmək haqda düşünürlər.

O, həmişə təbii görünüş və gözəlliyin tərəfdarı olduğunu deyib. Zamanla bədəndə qırışlar yaranır və İrina da istisna deyil. Amma o onlardan qorxmur və hesab edir ki, qocalıq normal prosesdir və onu qürurla qəbul etmək lazımdır.