Kəklikotu zənn edib yedilər, narkotik çıxdı

keklikotu-zenn-edib-yediler-narkotik-cixdi
Oxunma sayı: 3246

Türkiyədə maraqlı hadisə yaşanıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda bir ailə bonzai narkotik bitkisini kəklikotu zənn edərək yeyib. Belə ki, Aysel K. adlı evdar xanım həyətlərində tapdığı torbadakı otu dağ kəklikotusu bilib, onu kababa töküb. Ailə üzvləri və qonaqlar kababı yedikdən sonra qəribə hərəkətlər etməyə başlayıblar. Narkotik bitki ilə bişən kababdan yeməyən ailənin gəlini Yeliz D. qonaqların və ailə üzvlərinin zəhərləndiyindən şübhələnərək təcili yardım çağırıb. Xəstəxanaya çatdırılan 9 nəfərdən biri dünyasını dəyişib. Hadisədən sonra polis bonzai torbasını həyətə atan şəxsin kimliyini araşdırmağa başlayıb.

Aysel Kərimova