Kəlbəcərdə zəlzələ oldu

kelbecerde-zelzele-oldu
Oxunma sayı: 661

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, dünən yerli vaxtla 21:33-də Kəlbəcər rayonundan 15 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ 3,40 maqnitudada, 19 km dərinlikdə qeydə alınıb.

Kəlbəcər 1993-cü il aprelin 2-dən Ermənistanın işğalı altındadır.