Kəlbəcərdəki qəzada üç erməni öldü

kelbecerdeki-qezada-uc-ermeni-oldu
Oxunma sayı: 1204

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 20-si axşam saatlarında Kəlbəcərdə qeydə alınıb. O.Q-nin idarə etdiyi “Niva” markalı avtomobil çaya düşüb.

Nəticədə sürücü və maşında olan 3 sərnişindən 2-si hadisə yerində ölüb, 1-i isə yaralanıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Aysel Kərimova