Kəmalə Azərbaycanı Avropada təmsil edəcək

kemale-azerbaycani-avropada-temsil-edecek
Oxunma sayı: 1685


“Qafqazinfo”nun məlumatına görə, "ADDİM Yaradıcı Gənclər Assosiyası"nın  dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalında iştirak edəcək. Assosiyasiyanın sədri Hüseyn Cavadzadə açıqlamasında ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə  Qaramollayeva təmsil edəcəyini bildirib:

“Bu festival  “Azərstar” yarışmasının finalçısı olan Kəmalənin yeni ailə qurduqdan  sonra səhnəyə yenidən qayıdışıdır. Festivalda öz repertuarından və  dünya hitlərindən 2 musiqi səsləndirəcək. Kəmalə səhnəyə ilk addımlarını Vagif Gərayzadənin rəhbərlik etdiyi "Şərq ulduzları" layihəsindən  atıb. Daha sonra  Azərbaycan  Dövlət İncəsənət və Mədəniyyət Universitetini solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirib. Hazırda isə musiqi sənəti üzrə aspirantdır. İngiliscəsi, xarici görünüşü və vokal imkanları ilə məncə o bu yarışmada ölkəməzi təmsil etməyə layiqli iştirakçıdır".