Kəmaləddin Heydərov FHN əməkdaşına rütbə verdi

kemaleddin-heyderov-fhn-emekdasina-rutbe-verdi
Oxunma sayı: 10732


“Qafqazinfo” xəbər verir ki, X. Şahverdiyev bu haqda sosial şəbəkədə yazıb: “Kapitan rütbəsi aldığım üçün çox sevinirəm. FHN əməkdaşı olmaq şərəfdir. Azərbaycan Respublikasına xidmət edirəm”. 

“Qafqazinfo”ya açıqlamasında tək onun yox, digər yoldaşlarının da rütbə alacağını bildirən kapitan gənc yaşda bu rütbəyə çatmağın xoş olduğunu vurğulayıb. 

Xatırladaq ki, X. Şahverdiyev 14-cü mərtəbədən Bilal adlı orta yaşlı bir şəxsi xilas edərkən əynindəki döyüş paltarını və əleyhqazı ona verdiyi üçün özü zəhərlənmişdi. 

Günel Hacı